GƏZM Layihəsi jurnalistlər üçün GƏZ üzrə təlim keçirdi
15 iyun 2010-cu il tarixində GƏZM Layihəsinin Milli Əlaqələndiricisi B. Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən jurnalistlər üçün keçirilən seminarda “Qadın hüquqları: Azərbaycan hökumətinin Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitə (CEDAW) qarşısındakı öhdəlikləri. Gender əsaslı zorakılıqla bağlı məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təqdimatla çıxış edib.



