Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi/BMT-nin Əhali Fondu XXI Əsrdə Qadınlara Qarşı Zorakılıq Əleyhinə Layihə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və Turizm Nazirliyi və Kinematoqrafiya Fondu ilə birgə ilk dəfə 2009-cu ildə keçirilmiş “Azərbaycan ailəsi: keçmişdə, indi və gələcəkdə” adlı film festivalı - müsabiqəsi keçirdi.
Müsabiqə eqalitar ailə dəyərlərinin təbliği, Azərbaycanın ailə mühitində münaqişələrin həll olunması prosesində qarşılıqlı hörmət və qeyri-zorakı üsullara əsaslanmış qədim ənənələri dəstəkləmək üzrə təşkil edilmiş genişmiqyaslı maarifləndirmə kampaniyası kimi təsvir edilə bilər.
2010-cu ildə təşkil edilmiş festivalın açılış mərasimi 11 fevral 2010-cu il tarixində keçirildi və müsabiqə üçün filmlərin təqdim edilməsi üzrə elanlar geniş şəkildə yayımlandı. Tədbirin nizamnaməsinə əsasən festival üçün təqdim ediləcək filmlər dörd nominasiya üzrə olmalı idi: ən yaxşı film, ən yaxşı tələbə filmi, ən yaxşı televiziya proqramı və ən yaxşı xarici film. Filmlər gənc ailələr, valideyn himayəsindən məhrum olmuş uşaqlar, ailədaxili zorakılıq və s bu kimi mövzular üzrə təqdim edilməli idi.
25 aprel 2010-cu il tarixi filmlərin Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi/BMT-nin Əhali Fondu XXI Əsrdə Qadınlara Qarşı Zorakılıq Əleyhinə Layihə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və Turizm Nazirliyi və Kinematoqrafiya Fondunun nümayəndələrinin təmsil olunduğu Seçim Komitəsinə təqdim edilməsi üçün son tarix kimi müəyyən edildi. Ümumilikdə, qeyd olunmuş dövr ərzində Komitəyə 30 film təqdim olundu. Filmlərin üçü xarici rejissorlar – ikisi Özbək və biri də Eston film rejissorları tərəfindən çəkilmişdir. Seçim Komitəsi 1-5 may 2010-cu il tarixində filmlərə baxış keçirərək, yuxarıda qeyd olunmuş dörd nominasiya üzrə qalib filmləri müəyyən etdi.
Müsabiqənin mükafatlandırma mərasimi 12 may 2010-cu il tarixində Azərbaycan Muzey Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hazırda Azərbaycan ailələrinin üzləşdiyi problemlərinin qaldırılmasının vacibliyi vurğuladı: “Hazırda qloballaşan dünyada ailə ənənələrini qoruyub saxlamaq çox çətindir. Hər şey dəyişməkdədir və ailələr dəyişən həyat şəraitinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bizim festival isə geniş ictimaiyyətin diqqətini bu problemlərə cəlb etmək istəyir və biz inanırıq ki, kinematoqrafiya bu baxımdan ən güclü vasitələrdən birini təşkil edir”. Çıxış üçün söz alan Rasim Balayev öz növbəsində qeyd etdi ki, bu cür tədbirlərin əhəmiyyətini danmaq mümkün deyil, çünki sözügedən festival əslində iki məqsədin həyata keçirilməsində çox böyük rol oynayıb: Azərbaycan ailələrinin qarşılaşdıqları problemlərə diqqəti cəlb etmək, eyni zamanda, milli kinematoqrafiyanın inkişafına öz töhfəsini vermək: “Festivalda bir çox gənc rejissorlar öz istedadları və Azərbaycan ailələrinin üzləşdiyi problemləri özlərinin gördükləri şəkildə işıqlandırmaq imkanı əldə etdi və bu həqiqətən təqdirəlayiqdir”.
Sonda qalib filmlər rəsmi olaraq qeyd olundu və qalib filmlər iştirakçı sertifikatları və mükafatlarla təltif olundu.



