BMT-nin Əhali Fondunun rəhbərliyi altında həyata keçirilən Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi (GƏZM) insan haqlarının müdafiəsi, gender bərabərliyi və qadınların qərar qəbul etmə prosesində iştirakını dəstəkləmək məqsədilə cəmiyyətdə gender əsaslı zorakılığı azaltmaq üçün əlverişli mühitin yaradılmasına yönəlmiş 3 illik təşəbbüsdür. Layihə qanunvericilik, maarifləndirmə, müdafiə və tədqiqat sahəsində həyata keçiriləcək gender əsaslı təşəbbüslər vasitəsilə Azərbaycanda qadın hüquqlarına qarşı hörmətin təmin edilməsinə yönəlib.
15 iyun 2010-cu il tarixində GƏZM Layihəsinin Milli Əlaqələndiricisi Bəhicə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən jurnalistlər üçün keçirilən seminarda “Qadın hüquqları: Azərbaycan hökumətinin Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitə (CEDAW) qarşısındakı öhdəlikləri. Gender əsaslı zorakılıqla bağlı məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təqdimatla çıxış edib.
Ətraflı məlumatı buradan yükləyin
Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi layihə icrasının üçüncü ili ərzində həyata keçiriləcək tədbirlər sırasına GƏZ-in KİV-də işıqlandırılmasının monitorinqi komponentini daxil etdi. 10 mart - 15 aprel 2010-cu il tarixlərini əhatə edən monitorinq yerli media agentliyi olan “Press Revyu MMC” tərəfindən aparıldı.
Ətraflı məlumatı buradan yükləyin
Azərbaycanda GƏZ-lə mübarizə üzrə maarifləndirmə və ailədaxili zorakılıqla mübarizə prosesində ən böyük maneələrdən birini təşkil edən bu məsələni gündəmə gətirmək məqsədilə Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi/BMT-nin Əhali Fondu XXI Əsrdə Qadınlara Qarşı Zorakılıq Əleyhinə Layihə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və Turizm Nazirliyi və Kinematoqrafiya Fondu ilə birgə ilk dəfə 2009-cu ildə keçirilmiş “Azərbaycan ailəsi: keçmişdə, indi və gələcəkdə” adlı film festivalının - müsabiqənin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Ətraflı məlumatı burada yükləyin
Təcrübə göstərir ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə mübarizəyə kişilər də qoşulmayınca, bu istiqamətdə hazırlanan strategiyalar bir o qədər də səmərəli olmayacaq. GƏZ-lə mübarizədə kişilərin rolunun artırılması və qadınlara qarşı zorakılıq üzrə mübarizəyə kişilərin partnyor qismində cəlb edilməsi məqsədilə 15-17 aprel 2010-cu il tarixlərində Tiflis şəhərində Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi tərəfindən Təlimçilər üçün Təlim keçirildi.
Ətraflı məlumatı buradan yükləyin
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi fevralın 3-də gender sahəsində yazan jurnalistlər və bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa təşkil edib. QHT-KİV əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş tədbirdə layihənin tərəfdaşı olan QHT-lər və layihə tərəfindən ötən ilin dekabr ayında gender sahəsindən yazan jurnalistlər üçün keçirilən “Gender əsaslı zorakılığın KİV-də işıqlandırılması: prinsiplər və standartlar” mövzusundakı 3 günlük təlim kursunu bitirən KİV nümayəndələri iştirak edib.
Ətraflı məlumatı buradan yükləyin
2009-cu ilin dekabr ayının 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Konvensiyasının (CEDAW) 30 illiyi tamam oldu. Qeyd edək ki, sözügedən Konvensiya 1979-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilib və indiyə qədər qadın hüquqları ilə bağlı qəbul edilmiş ən mükəmməl toplu hesab olunur.
Ətraflı məlumatı buradan yükləyin
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin noyabr ayından reallaşdırmağa başladığı gender əsaslı zorakılıqla (GƏZ) bağlı ölkə üzrə genişmiqyaslı məlumatlandırma sessiyaları başa çatıb.
Ətraflı məlumatı buradan yükləyin
Sülh və Demokratiya Uğrunda Azərbaycan Qadınları Cəmiyyəti, BMT-nin Əhali Fondunun Azərbaycanda Gender-Əsaslı Zorakılıqla Mübarizə Layihəsi çərçivəsində gender əsaslı zorakılıq (GƏZ) qurbanları üçün məlumatlandırma görüşləri və yerli QHT-lərin əməkdaşları üçün gender əsaslı zorakılıqla bağlı təlimlər keçirir.
Ətraflı məlumatı buradan yükləyin
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Zorakılıq qurbanı olan qadınlar və onların uşaqları üçün reabilitasiya mərkəzlərinin yaradılması, monitorinqi və qiymətləndirilməsi” mövzusunda iki günlük təlim təşkil edib.
Ətraflı məlumatı buradan yükləyin
Qadın hüquqlarının qorunması və təşviqi, gender zəminli zorakılıq və digər bu kimi həssas mövzular da daxil olmaqla hər hansı spesifik məsələ ilə bağlı ictimai məlumatlılığın artırılmasında media hədəf auditoriyasına aydın mesajlar çatdıran ən zəruri vasitələrdən biridir. Medianın fəal iştirakı olmadan qadınlarla bağlı mənfi stereotiplərin və gender əsaslı zorakılıqla bağlı yanlış anlayışların aradan qaldırılmasını təsəvvür etmək mümkün deyil. Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin tərkib hissəsi olan media komponentinin də əsas məqsədi yerli KİV nümayəndələrini bu problemi daha obyektiv və geniş əhatə etməyə çağırmaqdır. Layihə nümayəndələri jurnalistlər arasında gender mövzusu ilə bağlı məlumatlılığı artırmaq və bu mövzunu işıqlandırmaq bacarıqlarının artırılması məqsədilə keçirilən müxtəlif seminar və təlimlərdə də iştirak edirlər.
Ətraflı məlumatı buradan yükləyin
Hər il onlarla gənc qadın və qız cinsi istismar məqsədilə Azərbaycandan müxtəlif əcnəbi ölkələrə aparılır. Xaricdə işləmək təklifi alan qadınların bir çoxu bunu öz problemlərindən, xüsusilə də üzləşdikləri çətin sosial-maddi durumdan xilas şansı kimi qiymətləndirir. Bu “imkan”ların mümkün neqativ nəticələrindən tamamilə bixəbər olan qadınlar insanların, xüsusilə də öz ailələrində baş verdiyi halda, haqqında danışmağa çox da həvəs göstərmədikləri və müasir dövrdə köləliyin geniş yayılmış formasının - insan alverinin qurbanına çevrilir.
Ətraflı məlumatı buradan yükləyin



