Aidiyyəti xidmətləri göstərənlər üçün təlimlər
Bu fəaliyyət çərçivəsində xidmətlərin göstərilməsi ilə məşğul olan bir sıra müəssisələrin ehtiyacları müəyyən edilərək onların nümayəndələri üçün müvafiq təlimlər təşkil olunacaq. Təlim vəsaiti əsasən GƏZM layihəsi çərçivəsində hazırlanmış Təlimçilər üçün Təlimin və dövlət qurumları üçün keçirilmiş təlimin komponentlərini özündə ehtiva edəcək. Təlimlər yerli mütəxəssislər tərəfindən keçiriləcək və buna əsasən ixtisaslaşmış təlimçilər qrupları yaradılacaq. Sözügedən təlim sessiyaları həm GƏZ üzrə ümumi məlumat, həm də məişət zorakılığı üzrə daha ixtisaslaşmış məlumatdan ibarət olacaq. Seçilmiş təlim materiallarının toplusu çap olunaraq xidmət istifadəçiləri arasında paylanacaq.



