Layihənin bu komponenti ümumilikdə layihə çərçivəsində həyata keçirilən ən əhəmiyyətli fəaliyyətlərdəndir. Bu fəaliyyətin əsas məqsədi müvafiq dövlət qurumlarının nümayəndələrinin gender və gender əsaslı zorakılıq üzrə maarifləndirilməsi, onların GƏZ qurbanlarına mərkəzlər/sığınacaqlar və qaynar xətlərlə ediləcək xidmətlər vasitəsilə dəstəklənməsinə yardım edəcək konkret bilik, bacarıq və strategiyalarla təmin edilməsindən ibarətdir.  

Təlim 2009-cu ilin iyununda keçirildi. Təlim zamanı müvafiq dövlət qurumlarının nümayəndələri Milli Strategiyanın, Qurbanlara dəstək mərkəzlərinin fəaliyyəti üzrə Rəhbər Qaydalar və Protokolların hazırlanması və təcrübədə istifadəsi üzrə təlimatlandırıldı. Təlim sözügedən sahə üzrə tanınmış beynəlxalq mütəxəssislər tərəfindən keçirildi. Təlimdə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirdi. Eyni zamanda, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi Ombudsman Aparatının nümayəndələri də təmsil olunmuşdu.