Layihənin bu komponenti aşağıdakı təşəbbüslərdən ibarətdir:
§ Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Milli Strategiyanın hazırlanması
§ Qurbanlara dəstək mərkəzlərinin fəaliyyəti üzrə Rəhbər Qaydalar və Protokolların hazırlanması
Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Milli Strategiya
Qurbanlara dəstək mərkəzlərinin fəaliyyəti üzrə Rəhbər Qaydalar və Protokollar
Bu fəaliyyətlər beynəlxalq mütəxəssislərin birbaşa iştirakı ilə həyata keçirilib.
Beynəlxalq mütəxəssislər yuxarıda qeyd olunan Milli Strategiya və Rəhbər Qaydaların hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ekspert məsləhətlərinin verilməsi məqsədilə Bakıya bir neçə səfər edib. Sözügedən hər iki sənəd GƏZM layihəsinin əməkdaşları sırasında olan bütün müvafiq qurumların (səhiyyə, təhsil, gənclər və idman, ədliyyə, əmək və sosial müdafiə, daxili işlər nazirlikləri, aparıcı QHT-lər, beynəlxalq təşkilatlar, müvafiq komissiyalardan olan elm xadimləri və deputatlar) nümayəndələri ilə keçirilmiş görüşlər nəticəsində əldə edilmiş məlumat əsasında hazırlanıb.
Milli Strategiya sənədinin qadınlara qarşı zorakılıq probleminin dünyada və Azərbaycanda yayılma miqyası, əsas termin və konsepsiyaların tərifi, zorakılığın formaları, zorakılığın əsas səbəbləri və aidiyyəti maliyyə xərclərinə dair ətraflı məlumatı özündə əks etdirməsi nəzərdə tutulub. Sənəd, həmçinin, bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanaraq qanunvericilik və xidmətlərin göstərilməsi, sahələrarası əməkdaşlığın genişlənməsi, QQZ sahəsi üzrə əsaslı təlim və hazırlığın olması da daxil olmaqla GƏZ-lə mübarizə üzrə strateji yanaşmanı təqdim etməyə yönəlib. Milli Strategiyada müxtəlif ölkələrdə GƏZ-lə mübarizə üzrə əldə edilmiş nailiyyətlər də əks olunacaq.
Rəhbər Qaydalarda zorakılıq qurbanları olmuş qadınlar və onların uşaqları üçün göstərilməsi tələb olunan xidmətlərin hərtərəfli təsviri veriləcək. Bundan başqa, sənəd sığınacaq və qaynar xətlər vasitəsilə ediləcək xidmətləri və sözügedən mərkəzlərin idarə olunmasına dair təlimatları özündə ehtiva edəcək.



