Layihənin bu komponenti GƏZ-lə mübarizə üzrə mövcud hüquqi çərçivəni müəyyən etmək, eyni zamanda, bu istiqamətdə qanunvericilikdə olan boşluqları qiymətləndirməyə yönəlib. Bunu həyata keçirmək məqsədilə BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi milli qanunvericiliyin beynəlxalq təcrübələr və müvafiq insan hüquqları sənədlərinə uyğunlaşdırmaq məqsədilə səylərini birləşdirib.

 

Milli qanunvericiliyin gender və GƏZ təhlilini keçirmək və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Milli Məclisin Azərbaycanda məişət zorakılığının aradan qaldırılması üzrə hərtərəfli qanun layihəsi hazırlamaq istiqamətində fəaliyyətini dəstəkləməyə yönəlmiş Məişət Zorakılığı üzrə Qanun layihəsinin yekun variantını hazırlamaq məqsədilə tanınmış hüquq şirkəti ilə birgə iş aparılıb.