Qərar qəbul edən şəxslərin gender və gender əsaslı zorakılıq məsələlərinin həll olunmasına cəlb edilməsinin əhəmiyyətini, eyni zamanda, onların bu prosesdə oynaya biləcəkləri və oynamalı olduqları rolu nəzərə alaraq, layihə çərçivəsində ölkə parlamentinin deputatları, həmçinin, dövlət qurumlarının rəhbər nümayəndələrinin iştirakı ilə bir sıra dəyirmi masalar keçirilib. Sözügedən tədbirlər zamanı layihənin kəmiyyət və keyfiyyət tədqiqatlarının nəticələrinin müzakirəsi, ictimai maarifləndirmə kampaniyası və digər layihə təşəbbüslərinin müzakirəsi daxildir. Layihənin bu komponenti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eyni zamanda, dövlət və qeyri-hökumət qurumları da daxil olmaqla digər layihə partnyorları ilə sıx əməkdaşlıq şəklində həyata keçirilir.