Jurnalistlər üçün təlimlər
KİV qadınlar və onların cəmiyyətdəki rollarına dair fikirlərin formalaşmasında əsas rollardan birini oynayan vasitələrdəndir. Qadınlara dair mənfi stereotiplərin, eyni zamanda, gender əsaslı zorakılıq haqqında olan yanlış fikirlərin dəyişdirilməsi KİV iştirakı olmadan mümkün deyil. Bu məqsədlə layihənin fəaliyyətləri sırasında milli və yerli KİV nümayəndələri üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd KİV nümayəndələrini qadın hüquqları, eyni zamanda, gender əsaslı zorakılıq məsələləri üzrə maarifləndirilməkdən ibarətdir. Sözügedən problemi həll etmək məqsədilə layihənin icrası prosesində jurnalistlər üçün bir sıra təlim və dəyirmi masaların keçirilməsi planlaşdırılıb.



