İctimai Maarifləndirmə kampaniyasının əsas məqsədi əhali arasında gender əsaslı zorakılıq və gender bərabərliyinə dair məlumatlandırmanın artırılmasından ibarətdir. Kampaniya çərçivəsində gender bərabərliyi və ailədaxili zorakılıq mövzularında bir sıra sosial çarxlar və sənədli filmlər çəkilib və milli televiziya və radio kanallarında geniş şəkildə təbliğ olunub. Bundan başqa dövri bülletenlər, bukletlər, təqvimlər və s. bu kimi materialların nəşri və layihə çərçivəsində keçirilmiş tədqiqatların nəticələrinin əhali arasında geniş şəkildə təbliğ edilməsi də İctimai Maarifləndirmə kampaniyasının komponentləri sırasındadır. Bu baxımdan hər il 25 noyabr tarixindən 10 dekabr tarixinə qədər keçirilən “Gender Əsaslı Zorakılıqla 16 günlük Mübarizə Kampaniyası”na xüsusi diqqət yetirilir.
Layihənin sosial çarxları
Erkən nikahlara dair sosial çarx
Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Azərbaycan Respublikasının Qanununa dair sosial çarx
Gender bərabərliyinə dair sosial çarx



