Layihə çərçivəsində hazırlanmış Milli Sorğu Azərbaycanda qadınlara qarşı zorakılığın yayılma səviyyəsi, nəticələri və bu hallara cavab tədbirlərinə dair kəmiyyət təhlilinin keçirilməsinə yönəlmiş təşəbbüsdür. Tədqiqat qadınlara  zorakılığa məruz qalma risklərini artıran və qarşılıqlı əlaqədə olan bir sıra faktorları tədqiq etdi. Tədqiqat qadınların qanuni və ya qeyri-qanuni nikahda olduqları şəxslər tərəfindən törədilən zorakılığın mənfi nəticələrini araşdırmaqla yanaşı, bu cür zorakılıq hallarının sözügedən qadınların uşaqlarına da mənfi təsirini araşdırdı. 

 

Qadınlara qarşı zorakılığın nəticələrini araşdırarkən tədqiqat zamanı aşağıdakı məqamlara xüsusi diqqət yetirilmişdir:

 

§          zorakılığın qadınların təhsilini davam etdirmək, işini və gəlirini saxlamaq bacarıqlarına təsiri

§          zorakılığın qohumlarla olan əlaqələrə təsiri

§          mövcud istiqamətləndirmə mexanizmləri də daxil olmaqla, qadınların zorakılıq halları ilə mübarizə strategiyaları

 

 

Baxmayaraq ki, GƏZ və onunla əlaqəli bir sıra məsələlərin araşdırılması üçün davamlı tədqiqatlara böyük ehtiyac var, sözügedən tədqiqatın nəticələri mövcud dövlət siyasətinə gender əsaslı yanaşmaların daxil edilməsinə təkan vermək üçün böyük potensiala malikdir.

 

 

Yekun hesabat

Əsas nəticələr