GƏZM layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender üzrə əsas fəaliyyətlər, proqram və layihələr (GƏZ üzrə ayrıca bölmə), gender bərabərliyi və qadın hüquqları sahəsində donorlar və icraçı tərəfdaşlar (GƏZ üzrə ayrıca bölmə) haqqında məlumatı özündə əks etdirən məlumat bazası hazırlayıb. Məlumat bazası GƏZM layihəsinin internet səhifəsində yerləşdiriləcək və Azərbaycanda gender, qadın məsələləri, insan hüquqları və vətəndaş cəmiyyəti məsələlərini əhatə edən əsas internet səhifələri ilə əlaqələndiriləcək.

Bununla yanaşı, GƏZ-lə mübarizə üzrə müsbət təcrübələri paylaşmaq üçün bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərin əhatə dairəsi və təsir qüvvəsini artırmaq məqsədilə siyasətin hazırlanması ilə məşğul olan məsul şəxslər və deputatlarla birgə fəaliyyət həyata keçiriləcək.