1991-ci ildə müstəqilliyini yenidən əldə etdikdən sonra Azərbaycan Respublikası insan hüquqları və fundamental azadlıqların müdafiəsi üzrə olan bütün əsas insan hüquqları sənədlərini imzalamağa başladı. BMT-nin üzvü olaraq, Azərbaycan Respublikası Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt, Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi üzrə Konvensiyanı ratifikasiya etdi.   Avropa Şurasının üzvü olaraq, ölkə İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını imzaladı. Bu beynəlxalq konvensiyalara qoşulmaqla Azərbaycan Respublikası bu sənədlərdə əks olunmuş hüquqi standartlara müvafiq şəkildə milli qanunvericiliyə dəyişikliklərin edilməsinə dair bir sıra öhdəlikləri öz üzərinə götürdü. Buna baxmayaraq, qadınların hüquqlarının təmin edilməsi üçün hələ də görüləcək kifayət qədər iş var.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi kişi və qadınların tam bərabərliyini təmin edir. 34-cü maddə qadın və kişilərin nikah daxili bərabər statusunu vurğulayır. Lakin, baxmayaraq ki, qadınların müdafiəsinə yönəlmiş müddəaların Konstitusiya və Cinayət Məcəlləsində əks olunmasına baxmayaraq bu baxımdan hələ də çoxlu boşluqlar mövcuddur. Bu əsasən cəmiyyətdə qadınların roluna dair ənənəvi münasibətlərlə şərtlənir, bu isə öz növbəsində qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə aparılan mübarizəyə kifayət qədər əngəllər törədir.

 

Qəbul olunacağı təqdirdə, məişət zorakılığı haqqında qanun bu istiqamətdə böyük irəliləyiş hesab olunacaq. Qanun hazırda Milli Məclisdə müzakirədədir. Digər qanunvericilik aktlarına dab u istiqamətdə dəyişikliklərin edilməsi labüddür. Gender əsaslı zorakılıqla mübarizə üzrə müvafiq sənədlərin az olması da problemə daha genişmiqyaslı cavabın verilməsi işinə böyük maneələr törədir.

 

Beləliklə, GƏZM layihəsi ölkədə GƏZ-lə mübarizə üzrə milli çərçivənin hazırlanması və həyata keçirilməsi üzrə Azərbaycan hökumətini dəstəkləyir.