Azərbaycanda gender və gender əsaslı zorakılıq məsələlərinə dair ümumilikdə məlumat qıtlığı var. Əksər kişi və qadınlar milli qanunvericilik və ölkənin tərəfdaş çıxdığı beynəlxalq insan hüquqları sənədlərində əks olunmuş və özündə onların hüquq və azadlıqlarını ehtiva edən hüquqi müddəalardan tamamilə xəbərsizdir. Bunu nəzərə alaraq, layihənin əsas komponentlərindən biri sözügedən problemi aradan qaldırmaq məqsədilə əhali arasında (qadın, kişi və gənclər) gender məsələləri, insan hüquqları və s. aidiyyəti mövzular üzrə maarifləndirmə keçirməkdən ibarətdir.