BMT-nin Əhali Fondu/Azərbaycan Proqramı tərəfindən Norveçin Xarici İşlər Nazirliyi və BMT-nin Əhali Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi (GƏZM) qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və qadınların cəmiyyətdə qərar qəbul etmə prosesində iştirakının təmin edilməsi üzrə həyata keçirilən siyasətin dəstəklənməsinə yönəlmiş təşəbbüslərdəndir.
Layihə gender bərabərliyini bərqərar etmək məqsədilə bir-biri ilə əlaqəli şəkildə həyata keçirilən tədqiqat, maraqların müdafiəsi və maarifləndirmə, qanunvericilik və hüquqi islahatlar, dövlət fəaliyyət planları, gender əsaslı zorakılığın (GƏZ) qarşısının alınması məqsədilə bacarıqların artırılması, GƏZ qurbanlarının müdafiəsi və reabilitasiyası və ölkələrarası əməkdaşlıq kimi sahələrdə gender cəhətdən həssas təşəbbüslər vasitəsilə Azərbaycanda qadın hüquqlarının təmin edilməsinə öz töhvəsini verir.
Missiyasını müvəffəqiyyətli şəkildə həyata keçirmək məqsədilə GƏZM Layihəsi müxtəlif dövlət və qeyri-hökumət qurumları ilə sıx şəkildə əməkdaşlıq edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Qadın Böhran Mərkəzi
Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz
Azərbaycan Futuroloqlar Cəmiyyəti
Rasional İnkişaf üzrə Qadın Assosiasiyası
Azərbaycan Gender Məlumat Mərkəzi
“Potensial” Sumqayıt Mütəxəssisləri Birliyi
“Tərəqqi” Sosial İnkişaf uğrunda İctimai Birlik
Norveçin Xarici İşlər Nazirliyi



