15 iyun 2010-cu il tarixində GƏZM Layihəsinin Milli Əlaqələndiricisi Bəhicə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən jurnalistlər üçün keçirilən seminarda “Qadın hüquqları: Azərbaycan hökumətinin Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitə (CEDAW) qarşısındakı öhdəlikləri. Gender əsaslı zorakılıqla bağlı məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təqdimatla çıxış edib.
More details...
İslamda gender bərabərliyi mövzusu hazırda Azərbaycanda müzakirə obyekti olan məsələlər sırasındadır. Şübhəsiz, dini amil Azərbaycan kimi ənənəvi patriarxal cəmiyyətlərə malik ölkələrdə gender bərabərsizliyi və gender əsaslı zorakılıq hallarına haqq qazandırmaq üçün istifadə olunan ən əsas vasitələrdən birini təşkil edir. Lakin bəzi İslam tədqiqatçıları hesab edir ki, bu cür yanlış fikirlər kişilərin dominant olduğu cəmiyyətlərdə məqsədli şəkildə formalaşdırılır və nəticə etibarilə mövcud qeyri-bərabər güc münasibətlərini dəstəkləməyə yönəlmiş ənənəvi inanc sisteminin qurulmasına istiqamətlənir.
More details...
Gender məsələləri üzrə ictimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində KİV-in çox böyük rolu var. Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda gender əsaslı zorakılığın (GƏZ) doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır. Məhz bu səbəbdən GƏZ-in KİV-də işıqlandırılması üsullarının qiymətləndirilməsi cəmiyyətin bu istiqamətdə aldığı məlumatların xarakterinə dair çox dəyərli məlumat verə bilər.
More details...
Ölkədə ailədaxili zorakılığın aradan qaldırılması üzrə qarşıya çıxan problemlər ailə üzvləri arasında güc münasibətlərinin iyerarxiyasını təyin edən, bəzi hallarda subordinasiya mexanizmi kimi gücdən istifadə edən, eyni zamanda, ailənin xarici müdaxilədən qorunmasını təmin edən patriarxal ailə strukturunun əsasları ilə sıx şəkildə əlaqəlidir. Məhz bu səbəbdən Azərbaycanda gender əsaslı zorakılıqla (GƏZ) mübarizəni səmərəli şəkildə təşkil etmək üçün mövzuya həssas yanaşmanın olması çox vacibdir. Azərbaycanda GƏZ-lə mübarizə üzrə maarifləndirmə və ailədaxili zorakılıqla mübarizə prosesində ən böyük maneələrdən birini təşkil edən bu məsələni gündəmə gətirmək məqsədilə Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi/BMT-nin Əhali Fondu XXI Əsrdə Qadınlara Qarşı Zorakılıq Əleyhinə Layihə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və Turizm Nazirliyi və Kinematoqrafiya Fondu ilə birgə ilk dəfə 2009-cu ildə keçirilmiş “Azərbaycan ailəsi: keçmişdə, indi və gələcəkdə” adlı film festivalının - müsabiqənin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Müsabiqə eqalitar ailə dəyərlərinin təbliği, Azərbaycanın ailə mühitində münaqişələrin həll olunması prosesində qarşılıqlı hörmət və qeyri-zorakı üsullara əsaslanmış qədim ənənələri dəstəkləmək üzrə təşkil edilmiş genişmiqyaslı maarifləndirmə kampaniyası kimi təsvir edilə bilər.
More details...
Təcrübə göstərir ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə mübarizəyə kişilər də qoşulmayınca, bu istiqamətdə hazırlanan strategiyalar bir o qədər də səmərəli olmayacaq. GƏZ-lə mübarizədə kişilərin rolunun artırılması və qadınlara qarşı zorakılıq üzrə mübarizəyə kişilərin partnyor qismində cəlb edilməsi məqsədilə 15-17 aprel 2010-cu il tarixlərində Tiflis şəhərində Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi tərəfindən Təlimçilər üçün Təlim keçirildi.
More details...
Gender əsaslı zorakılığın (GƏZ) qarşısının alınması, ictimaiyyətin zorakılığı doğuran səbəblər və zorakılığın nəticələri ilə bağlı maarifləndirilməsi, qadın hüquqları ilə bağlı stereotiplərin formalaşması və ya sındırılması və s. bu kimi həssas mövzularda mətbuatın rolu çox böyükdür. Lakin təəssüf ki, Azərbaycanda getdikcə daha aktual olan gender məsələləri, gender əsaslı zorakılıq, qadınlara qarşı zorakılıq (QQZ) və məişət zorakılığı kimi hallar Azərbaycan mətbuatının önə çəkdiyi mövzular sırasında deyil. Ölkə mətbuatına nəzər salsaq görərik ki, mətbuat yuxarıda sadalanan zorakılıq halları ilə bağlı yalnız xəbər verməklə kifayətlənir. Bu sahədə hər hansı araşdırmaya, təhlilə və müsahibələrə isə həddindən artıq az yer verilir.
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi fevralın 3-də gender sahəsində yazan jurnalistlər və bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa təşkil edib. QHT-KİV əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş tədbirdə layihənin tərəfdaşı olan QHT-lər və layihə tərəfindən ötən ilin dekabr ayında gender sahəsindən yazan jurnalistlər üçün keçirilən “Gender əsaslı zorakılığın KİV-də işıqlandırılması: prinsiplər və standartlar” mövzusundakı 3 günlük təlim kursunu bitirən KİV nümayəndələri iştirak edib.
2009-cu ilin dekabr ayının 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Konvensiyasının (CEDAW) 30 illiyi tamam oldu. Qeyd edək ki, sözügedən Konvensiya 1979-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilib və indiyə qədər qadın hüquqları ilə bağlı qəbul edilmiş ən mükəmməl toplu hesab olunur. Sənəd beynəlxalq müqavilə kimi 1981-ci ilin 3 sentyabr tarixindən – 20-ci ölkə tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Konvensiyanın 10 illiyi tamam olanda, yəni 1989-cu ildə artıq 100-ə yaxın dövlət bu sənədə qoşulmuşdu. Giriş hissəsindən və 30 maddədən ibarət sənəd qadınlara qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir və bu ayrı-seçkiliyə son qoymaq məqsədilə iştirakçı dövlətlər üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
More details...
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin noyabr ayından reallaşdırmağa başladığı gender əsaslı zorakılıqla (GƏZ) bağlı ölkə üzrə genişmiqyaslı məlumatlandırma sessiyaları başa çatıb. Bu məqsədlə keçirilən layihələr paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında təxminən 1800 nəfəri əhatə edib. Qeyd edək ki, məlumatlandırma sessiyaları layihənin əsas istiqamətlərindən birini təşkil edən ictimai məlumatlandırma komponenti çərçivəsində həyata keçirilirdi. Noyabr, dekabr və yanvar aylarında təşkil edilən görüşlər vasitəsilə 13-18 yaşlı qızlar, 18-26 yaşlı oğlanlar və müəllimlər üçün ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında baza bilikləri verilib.
More details...
Sülh və Demokratiya Uğrunda Azərbaycan Qadınları Cəmiyyəti, BMT-nin Əhali Fondunun Azərbaycanda Gender-Əsaslı Zorakılıqla Mübarizə Layihəsi çərçivəsində gender əsaslı zorakılıq (GƏZ) qurbanları üçün məlumatlandırma görüşləri və yerli QHT-lərin əməkdaşları üçün gender əsaslı zorakılıqla bağlı təlimlər keçirir. Məlumatlandırma görüşlərinin məqsədi zorakılıq qurbanı olmuş qadınları qurbanlara dəstək qruplarına cəlb edərək onlara psixoloji, hüquqi və tibbi yardım göstərməkdir. Bununla yanaşı, gender sahəsində fəaliyyət göstərən yerli QHT-lərin bacarıqlarının artırılması məqsədilə onlar üçün təlimlər təşkil olunur.
Qadınlara qarşı törədilən zorakılıq halları onların hüquqlarının ən kobud şəkildə pozulmasına dəlalət edir. Qadına qarşı törədilən fiziki təcavüz, psixoloji/emosional zorakılıq, cinsi zorakılıq və nəzarətə əsaslanmış davranış formaları əksər hallarda ailə daxilində baş verir və belə olan hallarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalmış əksər qadınlar və onların uşaqları zorakılıqdan qurtulmaq, həyatlarını xilas etmək və müdafiə və təhlükəsizliklə təmin olmaq məqsədilə evdən qaçmağa məcbur qalır.
More details...
Qadın hüquqlarının qorunması və təşviqi, gender zəminli zorakılıq və digər bu kimi həssas mövzular da daxil olmaqla hər hansı spesifik məsələ ilə bağlı ictimai məlumatlılığın artırılmasında media hədəf auditoriyasına aydın mesajlar çatdıran ən zəruri vasitələrdən biridir. Medianın fəal iştirakı olmadan qadınlarla bağlı mənfi stereotiplərin və gender əsaslı zorakılıqla bağlı yanlış anlayışların aradan qaldırılmasını təsəvvür etmək mümkün deyil. Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin tərkib hissəsi olan media komponentinin də əsas məqsədi yerli KİV nümayəndələrini bu problemi daha obyektiv və geniş əhatə etməyə çağırmaqdır. Layihə nümayəndələri jurnalistlər arasında gender mövzusu ilə bağlı məlumatlılığı artırmaq və bu mövzunu işıqlandırmaq bacarıqlarının artırılması məqsədilə keçirilən müxtəlif seminar və təlimlərdə də iştirak edirlər.
More details...
Hər il onlarla gənc qadın və qız cinsi istismar məqsədilə Azərbaycandan müxtəlif əcnəbi ölkələrə aparılır. Xaricdə işləmək təklifi alan qadınların bir çoxu bunu öz problemlərindən, xüsusilə də üzləşdikləri çətin sosial-maddi durumdan xilas şansı kimi qiymətləndirir. Bu “imkan”ların mümkün neqativ nəticələrindən tamamilə bixəbər olan qadınlar insanların, xüsusilə də öz ailələrində baş verdiyi halda, haqqında danışmağa çox da həvəs göstərmədikləri və müasir dövrdə köləliyin geniş yayılmış formasının - insan alverinin qurbanına çevrilir.
GƏZ-lə mübarizədə kişilərin rolunun artırılması və qadınlara qarşı zorakılıq üzrə mübarizəyə kişilərin partnyor qismində cəlb edilməsi məqsədilə 15-17 aprel 2010-cu il tarixlərində Tiflis şəhərində Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi tərəfindən Təlimçilər üçün Təlim keçirildi.
More details...
BMT-nin Əhali Fondu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Azərbaycan ailəsi - 2010” adlı kinofestival keçirib. Qeyd etmək lazımdır ki, festivala əsas təşkilati dəstək BMT-nin Əhali Fondunun Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Kinematoqrafiya Fondu tərəfindən edilib.
More details...
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi “Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinə təqdim etdiyi son hesabat və Komitənin Yekun Tövsiyələrinin geniş ictimaiyyətə çatdırılması” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, bir sıra nazirliklərin, təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, parlament üzvləri və Ombudsman iştirak ediblər.
More details...
Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi/BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə məişət zorakılığının qurbanları olan qadınlar üçün yaradılacaq böhran mərkəzlərinin təşkil olunması, fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə iki günlük təlim keçirib.
More details...
More details...
BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi gender əsaslı zorakılıqla bağlı ölkə üzrə genişmiqyaslı məlumatlandırma sessiyalarının keçirilməsinə start verib. Məlumatlandırma sessiyaları Layihənin əsas komponentlərindən birini təşkil edən ictimai məlumatlandırma fəaliyyəti çərçivəsində həyata keçirilir.
More details...



